"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi

"Qarabağ" FK-nın qış hazırlıq planı müəyyənləşib.

Klubun mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komandamız "Gloria Sports Arena"da məskunlaşacaq.

"Qarabağ" FK yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komandamız səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

“Köhlən Atlar”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Mehri QURBAN

 

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi