AFFA tender elan etdi - Stadionlar yenilənəcək
AFFA tender elan etdi - Stadionlar yenilənəcək
AFFA "Səbail"in ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış ot örtüyünü dəyişdirəcək.
Polemika.az AFFA-ya istinadən xəbər verir ki, milli assosiasiya "ASCO Arena" ilə bağlı tender elan edib.
105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq.
Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.