72 yaşlı məşqçi ilə 5 illik müqavilə imzalandı

72 yaşlı məşqçi ilə 5 illik müqavilə imzalandı

72 yaşlı məşqçi ilə 5 illik müqavilə imzalandı

Xose Nestor Pekerman Venesuela millisinin yeni baş məşqçisi olub.

Polemika.az Venesuela Futbol Federasiyasınını "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  Pekerman məşqçilik karyerası ərzində bir sıra klublarda və milli komandalarda çalışıb. Mütəxəssis 2002 və 2006-cı illərdə dünya çempionatında Argentina millisinə rəhbərlik edib. Argentinalı çalışdırıcı 2012-2018-ci illərdə Kolumbiya millisinin baş məşqçisi olub.

72 yaşlı məşqçi ilə 5 illik müqavilə imzalandı