Millimiz Belarusla oyunu neytral meydanda keçirəcək

Millimiz Belarusla oyunu neytral meydanda keçirəcək

Millimiz Belarusla oyunu neytral meydanda keçirəcək

Azərbaycan yığması Millətlər Liqasının seçmə mərhələsində Belarusla səfər oyununu neytral meydanda keçirəcək. 

Polemika.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İntizam Komitəsinin qəbul etdiyi qərara görə,  Belarus millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə  ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.

Qeyd edək ki, Azərbaycan yığması sözügedən turnirdə C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq. 

Millimiz Belarusla oyunu neytral meydanda keçirəcək