Fransada Rusiya səfirliyinə hücum oldu - VİDEO

Fransada Rusiya səfirliyinə hücum oldu

Fransada Rusiya səfirliyinə hücum oldu - VİDEO

Naməlum şəxslər Rusiyanın Fransadakı səfirliyinin binasının üzərinə boya töküblər.

Polemika.az xəbər verir  ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Bildirilib ki, Parisin Lanne bulvarında yerləşən Rusiya səfirliyinin binasında qırmızı, mavi və sarı rənglərdə boya izləri aşkar edilib.

Diplomatik nümayəndəliyin mühafizəsi gücləndirilib və bina polis patrulları tərəfindən mühafizəyə alınıb.  Bundan əlavə, səfirliyin qarşısında metal hasar qoyulub.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, son vaxtlar onlara hədələr və təhqiredici mesajlar gəlib.

Fransada Rusiya səfirliyinə hücum oldu - VİDEO