Fransada iki məscidə hücum oldu

Fransada iki məscidə hücum oldu

Fransada iki məscidə hücum oldu

Ötən gecə Fransada iki məscidə hücum olub.

Polemika.az xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb.

Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb.

Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.

Fransada iki məscidə hücum oldu