Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu

Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu

Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu

Sloveniyada kçirilən şahmat üzrə Avropa çempinonatına yekun vurulub.

Polemika.az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX tur çərçivəsində uyğun olaraq Fransa və Niderlandla qarşılaşıblar.  

Kişilərdən ibarət yığma Fransaya məğlub olub – 1.5:2.5.

Millimizin heyətində Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub.

Bu nəticədən sonra Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb – 2.5:1.5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb.

Avropa çempionatı, IX tur

21 noyabr

Kişilər

Fransa - Azərbaycan - 2,5:1,5

Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5

Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5

Jil Mussar - Nicat Abbasov - 0,5:0,5

Qadınlar

Azərbaycan – Niderland – 2.5:1.5

Günay Məmmədzadə - Jaogin Penq – 1:0

Gülnar Məmmədova - Elin Roebers – 0:1

Ülviyyə Fətəliyeva - Maçteld Van Forest – 1:0

Gövhər Beydullayeva - Tea Lançava – 0.5:0.5

Avropa çempionatı: Qadın millimiz bürünc medal qazandı, kişilər beşinci oldu