Roman Abramoviç sanksiya siyahısına düşəcəkmi?

Roman Abramoviç sanksiya siyahısına düşəcəkmi?

Roman Abramoviç sanksiya siyahısına düşəcəkmi?

Böyük Britaniya Roman Abramoviçə və digər “rus oliqarxlarına” həftələr və ya hətta aylar boyu sanksiya tətbiq edə bilməyəcək.

Polemika.az “The Times” istinadla xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi və Milli Cinayət Agentliyi (NCA) ən tanınmış oliqarxlara sanksiya tətbiq etmək üçün “ağlabatan əsasların” olduğunu sübut edə bilməyib", çünki onların varidatını Putin hökuməti ilə əlaqələndirmək mümükün deyil.

NCA kiminsə sanksiyaya məruz qalıb-qalmaması ilə bağlı sübut və ya məlumat təqdim edən qurumlardan yalnız biridir.

Qurumun sözçüsü bildirib:

"Bu, təkcə bizim vəzifəmiz deyil. Əgər bir şəxsə qarşı sanksiyaları dəstəkləyəcək materialımız olsaydı, onu verərdik”.

Xatırladaq ki, britaniyalı qanunvericilər Abramoviçə qarşı sanksiyaların tətbiq olunmasını tələb edirlər.

Roman Abramoviç sanksiya siyahısına düşəcəkmi?