Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi

Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi

Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi

Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edilib.

Polemika.az Türkiyə mediasına istinadən xəbər verir ki, girovlar Liviyanın şərqində 2 ildir ki saxlanılırdılar. Onlar Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad ediliblər.

Restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb. Dövlət başçısı vətəndaşların ölkəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Liviyada iki ildir girov saxlanılan Türkiyə vətəndaşları azad edildi