"Taliban" lideri sağdır - Qrupdan açıqlama

"Taliban" lideri sağdır - Qrupdan açıqlama

"Taliban" lideri sağdır - Qrupdan açıqlama

"O, ABŞ-ın pilotsuz uçuş aparatlarının zərbəsindən qorxduğu üçün ictimaiyyət qarşısına çıxmır".

Polemika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu "Taliban" üzvü Ənəs Həqqani bildirib.

Həqqani bunu qrupun lideri Molla Heybətullah Axundzadənin niyə gizlənməsi barədə sualı cavablandırarkən söyləyib.

Axundzadənin keçən il Pakistanda intihar hücumu nəticəsində öldürüldüyü iddiası hələ də qüvvədədir.

"Taliban" isə "Əfqanıstan əmiri"nin Qəndəharda olduğunu iddia edir.

"O, Əfqanıstandadır və sağdır, - deyə Axundzadənin harada olduğu barədə soruşulduqda, Ənəs Həqqani jurnalistlərə bildirib. Mən özüm onunla təxminən 10 gün əvvəl görüşmüşəm. Acaq ölkənin Əfqanıstan hava məkanı o qədər də təhlükəsiz deyil və Amerika pilotsuz təyyarələri hər an Axundzadəyə qəsd edə bilər".

Xatırladaq ki, Mövləvi Heybətullah Molla Əxtar Məhəmməd Mənsurdan sonra 1994-cü ildə "Taliban"ın sükanı arxasına keçən üçüncü liderdir.

"Taliban" lideri sağdır - Qrupdan açıqlama