Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ

Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ

Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ

Sorğu zamanı bir nəfərin "Suriyalılar türklərdən daha yaxşı yaşayır" - açıqlaması suriyalılar arasında gülüş obyektinə çevrilib. 

Polemika.az türk mediasına istinadla xəbər verir ki, bunun ardınca suriyalılar "banan trendi"ni başladıblar. Onlar banan yeyərkən məzəmmət xarakterli videolar çəkərək sosial media platformalarında paylaşıblar.

Bu paylaşımlar türkləri bərk qəzəbləndirib. Türklər onların bu paylaşımlarına "Ayıbdır", "Söz tapa bilmirəm", "Qaçqınlar ev sahiblərinin çökməsini izləyir",  "Ağlımdan keçənlərə yaza bilmirəm", "Hörmətsizlikdir" və s. kimi şərhlər yazıblar.

Sözügedən təxribat xarakterli paylaşımları edən 45 suriyalı qaçqın müəyyən edilərək deportasiya edilmək üçün Geri Göndərmə Mərkəzlərinə yola salınıb.

Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ