“Mançester Yunayted” Sulşerlə yollarını ayırdı

“Mançester Yunayted” Sulşerlə yollarını ayırdı

“Mançester Yunayted” Sulşerlə yollarını ayırdı

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərib.

Polemika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. 

Məlumata görə, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bildirilib ki, komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.

“Mançester Yunayted” Sulşerlə yollarını ayırdı