Fransada bina uçdu: 4 nəfər itkin düşdü

Fransada bina uçdu: 4 nəfər itkin düşdü

Fransada bina uçdu: 4 nəfər itkin düşdü

Fransanın cənubunda yerləşən Var bölgəsindəki Sanary-sur Merdə baş verən partlayışda 3 mərtəbəli bina çöküb.

Polemika.az xəbər verir ki, binanın uçması nəticəsində 3 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb. İtkin düşən 4 nəfərin axtarışları hələ də davam edir.

Qeyd edək ki, partlayışın səbəbi hələ bilinməsə də, gələn yanğınsöndürənlər qaz qoxusunu fərq etdiklərini bildiriblər.

Nəzrin Vahid

 

Fransada bina uçdu: 4 nəfər itkin düşdü