Moldovanın qaz təchizatında böhran yaşanır

Moldovanın qaz təchizatında böhran yaşanır

Moldovanın qaz təchizatında böhran yaşanır

Moldova qaz təchizatı böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Polemika.az “Moldpress” dövlət xəbər agentliyinə xəbər verir ki, bunu mətbuat konfransında baş nazir Natalya Qavrilitsa bildirib.

O, Moskvada keçirilən danışıqların yeni raunduna toxunaraq bildirib ki, vəziyyət dalandan çıxsa da, hazırda “Qazprom”la yekun razılaşma yoxdur, çünki heç bir tərəf razılığın əldə olunmasında səy göstərmir.

Qavrilitsa qeyd edib ki, Moldovada qaz kəsiri 16 milyon kubmetrə çatıb, oktyabrda ayında isə tələbat cəmi 67% ödənib. Qaz təchizatı şəbəkəsində təzyiq kritik həddə düşüb və bu, sistemdə fasilələr yarada bilər.

Moldovanın Baş naziri onu da qeyd edib ki, hökumət bu gün iclas keçirəcək və ondan sonra fövqəladə vəziyyətin tətbiqi və təklifi ilə bağlı parlamentə müraciət ediləcək. Bu, alternativ mənbələrdən qazın alınmasını sürətləndirmək üçün müəyyən hüquqi prosedurları aşmağa imkan verən bir addım olacaq.

Qeyd edək ki, ötən əsrin 90-cı illərindən bəridir ki, Moldova ilə Rusiya arasında mövcud olan Dnestryanı böhranı, iki ölkə əlaqələrinin “tarıma çəkilməsinə” qədər gəlib, çıxıb.

Analitiklərin fikrincə, hazırkı Moldova rəhbərliyinin qərbmeyilli siyasət yürütməsi, Rusiyanın bu ölkəyə olan basğılarını artırıb.

Moldovanın qaz təchizatında böhran yaşanır