THY 3 ölkə vətəndaşlarına qadağa qoydu

THY 3 ölkə vətəndaşlarına qadağa qoydu

THY 3 ölkə vətəndaşlarına qadağa qoydu

Türk Hava Yolları Misnk reyslərinə İraq, Suriya və Yəmən vətəndaşlarının qəbulunu qadağan edib.

Polemika.az xəbər verir ki, bu barədə məlumatı Polşa Prezident ofisinin nümayəndəsi Yakub Kumox deyib.

“THY təsdiqlədi ki, Minskə uçuşlarda İraq, Suriya və Yəmən vətəndaşları qəbul edilməyəcək. Yalnız diplomatik parportlar istisnadır”, - o bildirib.

Qeyd edək ki, Belarus və Polşa sərhədində yaşanan miqrant böhranına görə Türk Hava Yollarının da adı hallandırılır. İddia edilir ki, miqrantlar Belarusa Türk Hava Yollarının təyyarələrində qanunsuz olaraq daşınıb. Buna görə hətta AB türk şirkətinə sanksiyanı nəzərdən keçirir.

THY mediada yayılan bu məlumatı təkzib etmişdi./Axar.az

THY 3 ölkə vətəndaşlarına qadağa qoydu