İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək

İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək

İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək

İtaliyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım mərasimləri keçiriləcək.

Polemika.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov tədbirlərdə iştirak etmək üçün dekabrın 9-da Milan şəhərinə səfər edəcək.

Neapol-Bakı Assosiasiyası tərəfindən keçiriləcək tədbirlər çərçivəsində ulu öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs ediləcək, ulu öndərlə bağlı xatirələr səsləndiriləcək.

Səfər dekabrın 13-də başa çatacaq.

İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək