“O xəritələrdə Rusiya bir neçə yerə bölünmüşdü” - Putin

“O xəritələrdə Rusiya bir neçə yerə bölünmüşdü” - Putin

“O xəritələrdə Rusiya bir neçə yerə bölünmüşdü” - Putin

1990-cı illərdə Avropa ölkələrində əmin idilər ki, Rusiya bir neçə dövlətə parçalanacaq.

Bu barədə Rusiya Prezidenti «Rusiya. Ən yeni tarix» telekanalı üçün filmin müsahibə hissəsində (Rusiya-1) danışıb.

Vladimir Putin deyib ki, Avropada yaradılmış belə xəritələri görüb və onlarda Rusiyanı bir neçə dövlətə bölmüşdülər.

«Amma məsələ hətta xəritələrdə də deyil, ondan ibarətdir ki, öz həmkarlarımla danışıqlar zamanı, adını çəkməyəcəm, çünki onlar mənə huquq verməmişdilər ki, bu barədə açıq şəkildə danışam - ancaq onlardan biri, Şərqi Avropa ölkələrindən birinin Prezidenti görüşlərin birində birbaşa demişdi ki, bizim üçün Avropada söhbət ondan getmirdi ki, Rusiya parçalanacaq, yoxsa yox. Biz, hesab edirdik ki, bu, qaçılmazdır. Məsələ yalnız ondan ibarət idi ki, bunlar nə vaxt baş verəcək və bunun Rusiya üçün nəticəsi nədən ibarət olacaq, onun qalan hissəsi üçün, ətraf mühit üçün, nəzərə alsaq ki, Rusiya böyük nüvə dövlətidir» - Rusiya Prezidenti deyib.

O, əlavə edib ki, Avropada belə əhval hökm sürürdü: «Görünür ki, belə əhval üçün əsas var idi, təəssüf ki, həmin an üçün var idi».

“O xəritələrdə Rusiya bir neçə yerə bölünmüşdü” - Putin