"Human Rayts"dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə

"Human Rayts"dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə

"Human Rayts"dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə

Beynəlxalq "Human Rights Watch" (HRW) təşkilatı “Talibanı” yüzlərlə şiə həzara ailəsini “kollektiv şəkildə cəzalandırmaqda”, o cümlədən onların torpaqlarını və evlərini müsadirə etməkdə və onları başqa ərazilərə köçürməkdə ittiham edir.

Polemika.az bildirir ki, bu barədə təşkilatın saytında qeyd olunub.

Məlumatda qeyd olunur ki, hazırkı sünni radikal qruplarının hədəfi əvvəlki Əfqanıstan hökuməti dövründə müxtəlif dövlət xidmətlərində olmuş həzarlardır.

Ekstremist sünni qruplaşması olan “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra şiə həzaralara və digər etnik qruplara evlərini və torpaqlarını tərk etməyi əmr edib.

Qeyd edək ki, hazırda Əfqanıstanda həzəralarla yanaşı, soy kökləri Azərbaycan türklərinə qədər gedib, çıxan qızılbaş türkləri də yaşayırlar. Onlar da öz növbəsində “Taliban” zülmündən əziyyət çəkirlər.

 

"Human Rayts"dan həzaralarla bağlı həyəcan təbili - Etnik təmizləmə