"Qarabağ" məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb

"Qarabağ" məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb

"Qarabağ" məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb

“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Polemika.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Hesabında 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.

Uduzmayan komandalar sırasında “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var. 

“Qarabağ” Konfrans Liqasının dünən keçirilən 3-cü turunun oyununda Bakıda Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm bütün yarışlarda keçirdiyi 16 oyunun heç birində uduzmayıb. Komanda 11 qələbə qazanıb və 5 heç-heçə edib.

Əlavə edək ki, "Qarabağ" Konfrans Liqasında təsnifat mərhələsinin oyunları da daxil olmaqla 9 matç keçirib və heç birində uduzmayıb. 

"Qarabağ" məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb