ABŞ-da 28 milyon uşaq peyvəd olunacaq

ABŞ-da 28 milyon uşaq peyvəd olunacaq

ABŞ-da 28 milyon uşaq peyvəd olunacaq

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) məsləhətçiləri koronavirusa qarşı “Pfizer/BioNTech” peyvəndi ilə 5-11 yaşlı uşaqların peyvənd edilməsini yekdilliklə dəstəkləyiblər.

Yenisabaz.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, ABŞ-da bu yaşda təxminən 28 milyon uşaq var.

Qeyd edək ki, Məşvərət Komitəsinin tövsiyəsi CDC-nin direktoru Roşel Valenski tərəfindən imzalanıb. Amerikalı mütəxəssislərin fikrincə, uşaqlara peyvənd vurulmasının müsbət təsiri mümkün riskləri xeyli üstələyir.

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin rəsmi saytına görə, koronavirus “delta” variantının yayılması yay mövsümünün 6 həftəlik dövründə uşaqların xəstəxanaya yerləşdirilməsindən sonrakı halların beş dəfə artması ilə nəticələnib:

“Klinik tədqiqatlar da onu göstərdi ki, peyvənd 5-11 yaşlı uşaqları 91% qoruyur, yan təsirlərdən ən çoxu əl ağrısıdır”.

“CDC”-nin məlumatına görə, uşaqların peyvənd edilməsi üçün peyvəndlərin paylanması prosesinə artıq başlanılıb və noyabrın 8-dək müvafiq tibb müəssisələri tam əhatə olunacaq. “CDC” direktoru Roşel Valenski peyvəndlə bağlı sualları olan valideynləri, uşaqlarının peyvənd edilməsinin vacibliyi haqqında daha çox öyrənmək üçün önların pediatrları və məktəb işçiləri ilə danışmağa çağırıb.

ABŞ-da 28 milyon uşaq peyvəd olunacaq