"Kreml Minskə heyət göndərməyə hazırdır" - Peskov

"Kreml Minskə heyət göndərməyə hazırdır" - Peskov

"Kreml Minskə heyət göndərməyə hazırdır" - Peskov

"Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətini Minskə göndərməyə hazırdır".

Polemika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kremlin nümayəndələri daxil olacaq.

“Zelenski Ukraynanın neytral statusu məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hərbi əməliyyatın məqsədi Luqansk və Donetsk "xalq respublikaları"na kömək etmək, Ukraynanı hərbisizləşdirmək və qeyri-mililəşdirməkdir. Bu, əslində, neytral statusun ayrılmaz hissəsidir", - deyə Peskov vurğulayıb.

"Kreml Minskə heyət göndərməyə hazırdır" - Peskov