Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yeni sammiti - Peskovdan açıqlama

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yeni sammiti - Peskovdan açıqlama

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yeni sammiti - Peskovdan açıqlama

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yeni sammiti müəyyən mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır".

Polemika.az "RİA Novosti"yə istinadala xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, müəyyən mərhələdə bu cür təmaslar zəruri olacaq, lakin onların mümkün olması üçün üç tərəfin buna razılığı və istəyi lazımdır”, – deyə Peskov qeyd edib.

O əlavə edib: “Həqiqətən də, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların bərpası dünən ciddi narahatlığa səbəb olan bir şeydir, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün olub”.

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin yeni sammiti - Peskovdan açıqlama