Sallivan: "İrana verilən möhlət bitir"

Sallivan: "İrana verilən möhlət bitir"

Sallivan: "İrana verilən möhlət bitir"

ABŞ hakimiyyəti İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün son tarixi açıqlamır, lakin bu mövzunu qapalı formatda müzakirə edir.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, bir neçə həftə sonra razılaşmanı bərpa etmək imkanı olmayacaq.

Sallivan İsrailə səfəri zamanı jurnalistlərə deyib: "Biz təqvimdə tarixi açıq şəkildə dövrə vurmuruq, amma sizə deyə bilərəm ki, bağlı qapılar arxasında qrafikləri müzakirə edirik və onlar qısamüddətlidir.

Xatırladaq ki, JCPOA 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və Almaniya tərəfindən imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə JCPOA-dan çıxmaq barədə qərar vermişdi. Co Bayden dəfələrlə ABŞ-ı Tehranla nüvə razılaşmasına qaytarmağa hazır olduğunu bildirib.

Dekabrın 17-də Vyanada İranın nüvə sazişinin bərpası üzrə danışıqların yeddinci raundu başa çatıb. Avropalı müzakirəçilər Milad bayramları üçün fasilə verdilər. Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov növbəti turun sonuncu və ən uzun raund ola biləcəyini istisna etməyib. Eyni zamanda, danışıqlar aparan tərəflər işi yanvarın sonu - 2022-ci il fevralın əvvəlinə qədər başa çatdırmağa çalışmaqda qərarlıdırlar. Bütün tərəflər JCPOA-nı ilkin formada bərpa etməyə çalışır.

Sallivan: "İrana verilən möhlət bitir"