Moldova kəşfiyyatı “WarGonzo”nun yaradıcısı Peqovu saxladı

Moldova kəşfiyyatı “WarGonzo”nun yaradıcısı Peqovu saxladı

Moldova kəşfiyyatı “WarGonzo”nun yaradıcısı Peqovu saxladı

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS) əməkdaşları rusiyalı jurnalist, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqovu saxlayıb və axtarış aparıblar.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Artyom Turov "Telegram" kanalında məlumat yayıb.

"Həmin gecə Kişineudan Moskvaya uçarkən onu dayandırıb və bir saatdan çox saxlayıblar", - deyə parlamentari yazıb.

Onun sözlərinə görə, rusiyalı jurnalist Dnestryanı münaqişənin tarixi və onun həllində Rusiyanın rolu haqqında süjetlər çəkib.

Artyom Turov bildirib ki, Moldova xüsusi xidmət orqanlarının əməkdaşları Peqovun üzərində axtarış aparıb, onun telefonlarına, noutbuklarına və digər avadanlıqlarına baxış keçirib, həmçinin onu Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəkləri ilə hədələyiblər.

Daha sonra “baş verənlərə çox adekvat reaksiya verən” rusiyalı jurnalist sərbəst buraxılıb.

“Lakin ölkəmizin Moldovaya misli görünməmiş yardım göstərdiyi bir şəraitdə bütün qeyri-dost hərəkətlər çaşqınlıq yaradır”, - deyə deputat qeyd edib.

Moldova kəşfiyyatı “WarGonzo”nun yaradıcısı Peqovu saxladı