"Mançester Yunayted" Rusiyanın məşhur şirkəti ilə müqaviləyə xitam verdi

"Mançester Yunayted" Rusiyanın məşhur şirkəti ilə müqaviləyə xitam verdi

"Mançester Yunayted" Rusiyanın məşhur şirkəti ilə müqaviləyə xitam verdi

"Mançester Yunayted" Rusiyanın "Aeroflot" şirkəti ilə müqaviləni pozub.

Polemika.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. Ötən gün Böyük Britaniya hökuməti "Aeroflot"a qarşı sanksiya tətbiq edib.

Klubun yaydığı açıqlamada isə bildirilib: "Biz bütün dünyadakı azarkeşlərimizin narahatlığını bölüşür və dünyasını dəyişənlərlə əlaqədar başsağlığı veririk". 

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted" Çempionlar Liqasının ilk 1/8 finalında "Atletiko" ilə oyun üçün İspaniyaya Rusiya aviaşirkətinin reysi ilə yollanmaqdan imtina etmişdi.

"Mançester Yunayted" Rusiyanın məşhur şirkəti ilə müqaviləyə xitam verdi