Kliçko: "Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq"

Kliçko: "Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq"

Kliçko: "Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq"

“Əziz dostlar! kiyevlilər! Vəziyyətimiz ağırdır. Düşmən paytaxtın kənarındadır”.

Polemika.az xəbər verir ki, bu sözləri “Udar” partiyasının sədri, Kiyev meri Vitaliy Kliçko “Facebook” səhifəsində yazıb.

O, xalqa müraciət edib:

“Silahlı qüvvələrimiz, terrorçulardan müdafiə taborlarımız torpaqlarımız uğrunda qəhrəmancasına döyüşür. Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq. Şəhərin girişlərində divarlar hörülüb, barrikadalar qurulub.

Hər kəsi səbirli olmağa çağırıram. Xüsusi zərurət olmadıqca çölə çıxmayın. Xəbərdarlıq edildiyi zaman sığınacaqlarda qalın.

Bütün mühüm infrastruktur obyektləri işlək vəziyyətdədir. İctimai nəqliyyat saat 19:00-a qədər məhdud şəkildə işləyir.

Saat 20:00-dan etibarən komendant saatının olacağını bir daha xatırladıram. Hər kəs - evdə və ya sığınacaqda qalsın! Şəhərdə yalnız Kiyev hərbi komandirinin xüsusi buraxılışları olan nəqliyyat vasitələri dövr edəcək”.

Kliçko: "Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq"