Müdafiə nazirinin evində xidmətçi işləyən şəxs casus çıxdı

Müdafiə nazirinin evində xidmətçi işləyən şəxs casus çıxdı

Müdafiə nazirinin evində xidmətçi işləyən şəxs casus çıxdı

İsrailin müdafiə naziri Beni Qantzın evində xidmətçi işləyən şəxs casusluqda ittiham edilərək həbs edilib.

Polemika.az RİA "Novosti"yə istinadən xəbər verir ki, xidmətçi İrana casusluq edib. 

Bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.

ŞABAK və İsrail Polisinin həyata keçirdiyi əməliyyat nəticəsində 2021-ci ilin noyabrında İsrail vətəndaşı Omri Qoren dindirilmək məqsədi ilə həbs edilib.

İstintaq nəticəsində məlum olub ki, Omri Qoren həbs olunmazdan bir neçə gün əvvəl sosial şəbəkələr vasitəsilə İran dövlətinə bağlı bir qurumla əlaqə saxlayıb. Nazirin evində çalışdığını bildirərək müxtəlif yollarla məlumatlar ötürə biləcəyini deyib.

İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) yaydığı açıqlamada bildirilib ki, hadisə nəticəsində dövlət sirlərinin sızması baş verməyib.

Müdafiə nazirinin evində xidmətçi işləyən şəxs casus çıxdı