Polşaya 140 hərbi mühəndis göndərilir

Polşaya 140 hərbi mühəndis göndərilir

Polşaya 140 hərbi mühəndis göndərilir

Britaniya Polşaya hərbi mühəndislər göndərir.

Polemika.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Belarusla sərhəddə yaranan böhran fonunda Britaniya NATO müttəfiqi Polşaya 140 hərbi mühəndis göndərəcəyi bildirilir:

Göndərilən heyət dekabrın sonundan öz vəzifəsinin icrasına başlayacaq və aprel ayına qədər Polşada qalacaq.

Britaniyanın müdafiə naziri Ben Vallas ölkəsinin Avropanın təhlükəsizliyinə sadiqliyinin sarsılmaz olduğunu deyib:

“Biz həmişə müttəfiqlərimizə dəstək təklif edəcəyik. Bu qeyri-döyüş dəstəyi Polşanın öz sərhədlərini qorumasına və mühüm mühəndislik təcrübəsini öyrənməsinə kömək edəcək”.

Polşaya 140 hərbi mühəndis göndərilir