"Dəfnlər işğalçılar ucbatından mümkün deyil" - Ukrayna reallığı

"Dəfnlər işğalçılar ucbatından mümkün deyil" - Ukrayna reallığı

"Dəfnlər işğalçılar ucbatından mümkün deyil" - Ukrayna reallığı

“Rusiya hərbçiləri Berdyansk Şəhər Şurasının binasını ələ keçirib”.

Polemika.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası (ZVHA) məlumat yayıb

"Rosqvardiya şəhərə daxil olub, işğalçılar yerli şuranın binasında məskunlaşıblar. Hakimiyyət orqanları binanı tərk edərək başqa otaqda məskunlaşıb və orada bütün xidmətlərin işini təşkil ediblər. Xidmətlər işləyir, Berdyanskla əlaqə saxlayırıq", - məlumatda deyilir.

Məlumata görə, şəhərdə ərzaq çatışmazlığı ilə bağlı humanitar problemlər artır:

"Mağazalardakı ehtiyatlar tükənmək üzrədir. Xəstəxanalarda koronaviruslu xəstələr üçün tibbi ləvazimatlar və oksigen çatışmazlığı var. Problemlər var, lakin Ukrayna hökuməti bütün sosial vəziyyətə nəzarət edir. Şəhər rəhbərliyi bildirib ki, hazırda qəbiristanlıqda dəfnlər işğalçılar ucbatından mümkün deyil. Rusiya hərbçiləri bu əraziyə heç kimi buraxmır. Bu, birbaşa müharibə qanunlarının və adət-ənənələrin pozulmasıdır".

Xatırladaq ki, fevralın 28-də Rusiya Federasiyasının qoşunları Zaporojye vilayətində Berdyansk şəhərini işğal ediblər.

"Dəfnlər işğalçılar ucbatından mümkün deyil" - Ukrayna reallığı