Şoyqu Akarla danışdı

Şoyqu Akarla danışdı

Şoyqu Akarla danışdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli vəzifədaşı Hulusi Akar ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib.

Polemika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"2022-ci il martın 1-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Söhbət zamanı Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb”, - nazirlikdən bildiriblər.

Nazirlər, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.

Şoyqu Akarla danışdı