İran təyyarə və dronların iştirakı ilə hərbi təlim keçirib

İran təyyarə və dronların iştirakı ilə hərbi təlim keçirib

İran təyyarə və dronların iştirakı ilə hərbi təlim keçirib

Cümə axşamı günü İranda "Vilayət səma müdafiəçiləri 10" adlandırılan hərbi təlimi təyyarə və dronların manevrləri ilə başlayıb.

Açılış mərasimində İran ordusunun komandanı və digər yüksək rütbəli məmurlar iştirak ediblər.

Təlimlər İranın İsfahan, Buşehr, Təbriz, Dezful, Bəndər Abbas şəhərlərində keçirilib.

İran Hərbi Hava Qüvvələri komandanı briqada generalı Həmid Vahedi deyib ki, təlimdə Hərbi Hava Qüvvələrinin bütün bazaları iştirakı edib, İranın İRNA agentliyi yazır.

O söyləyib ki, təlimdə manevrlər "birbaşa əmr və idarəetmə vasitəsi ilə" həyata keçirilir.

Komandir təlimlərin əsas məqsədinin "planlaşdırma və istiqamətləndirmə işləri" olduğunu deyib.

Onun sözlərinə görə, təlimlər Hava Hücumundan Müdafiə Qüvvələrinin imkanlarının bir hissəsini nümayiş etdirir.

Bir müddət əvvəl İran Azərbaycanla sərhəddə hərbi təlim keçirmiş, bunu bölgədə "sionist rejimi" təhlükəsi olması ilə izah etmişdi. İranın sərhəddəki təlimi rəsmi Bakının narazılığına səbəb olmuş, Azərbaycan İranın ittihamlarını rədd etmişdi.

İran təyyarə və dronların iştirakı ilə hərbi təlim keçirib