Ermənilər Xankəndidə yeni evləri kimin üçün tikir? - Mühüm açıqlama

Ermənilər Xankəndidə yeni evləri kimin üçün tikir?

Ermənilər Xankəndidə yeni evləri kimin üçün tikir? - Mühüm açıqlama

Qarabağdakı separatçı rejim Xankəndində 300 nəfərlik yaşayış binası tikməyi planlaşdırır. Bu barədə separatçıların başçısı Arayik Arutyunyan açıqlama verib.

Xatırladaq ki, bundan bir müddət öncə separatçı rejim Xocalıda da yeni yaşayış binalarının tikiləcəyini qeyd etmişdi.

Polemika.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli bildirib ki, proseslər onu göstərir ki, erməni lobbisi, Ermənistan siyasi rəhbərliyi, həmçinin, Qarabağdakı qondarma rejimin başçısı da hər vəchlə Qarabağın dağlıq hissəsini ermənilərlə məskunlaşdırmağa çalışır:

“Hətta azərbaycanlılar yaşamış ərazilərdə də erməniləri nəyin hesabına olursa-olsun yerləşdirməyə, beləliklə, dünyada belə bir fikir yaratmağa çalışırlar ki, ermənilər yuxarı Dağlıq Qarabağda çoxluq təşkil edirlər. Bu proseslər həm Xankəndində, həm də, ümumiyyətlə, separatçıların nəzarəti altında olan bölgərdə əhalinin köçməyə meylli olmasından sonra geniş vüsət alıb. Çünki əhalinin bir çox hissəsi Qarabağdan çıxıb getmək istəyir. Onlar köç prosesinin qarşısını almaq üçün müxtəlif vasitələrdən, evlərini satışa çıxaranlara qarşı süni çətinliklər yaratmaqla, sənədlərini imzalamamaqla bunu həyata keçirmək istəyirlər”.

Politoloqun sözlərinə görə, separatçıların bir digər metodu yerli əhalini şirnikləndirməkdir:

“Onlar həmişə etdikləri cinayətlərin izini itirmək, bu yerlərin onlara aid olduğunu göstərmək üçün ermənilərə məxsus müxtəlif fiqurların, xaç işarələrinin yerə basdırılması və yaxud da tikdikləri binalarda erməni memarlığına məxsus olan cizgiləri – ornamentləri qoymaqla oraların ermənilərə aid olduğunu göstərmək istəyirlər. Həm öz, həm də başqa xalqların tarixlərini saxtalaşdırma köhnə adətləridir. Xocalı barədə də bu rəyi yaratmaq istəyirlər ki, guya azərbaycanlılar bu əraziyə sonradan köçürülüb. Eyni zamanda, Xocalıda törətdikləri soyqırımının izlərini itirmək üçün bu addımı atırlar”.

Rafi Müslümov 

Ermənilər Xankəndidə yeni evləri kimin üçün tikir? - Mühüm açıqlama