Ermənistanda həbslər davam edir: "Tonoyan işi"nə görə 2 zabit tutuldu

Ermənistanda həbslər davam edir: "Tonoyan işi"nə görə 2 zabit tutuldu

Ermənistanda həbslər davam edir: "Tonoyan işi"nə görə 2 zabit tutuldu

David Tonoyanın cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti, Ermənistan Müdafiə Nazirliyinin Aviasiya Departamentinin Aviasiya Texniki Xidmətinin rəisi Artyom Hambaryanı və Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayanı həbs edib.

Polemika.az xəbər verir ki, bu barədə “Yerkir” məlumat yayıb.

İki yüksək rütbəli zabitin açılmış cinayət işində ifadə verdikləri bildirilir. Ermənistan MN tərəfindən adıçəkilən iki şəxsin həbsinin səbəbləri ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib.

Xatırladaq ki, sabiq Müdafiə naziri David Tonoyana, “Patron Davo” ləqəbi David Qalstyanla əlbir olaraq texniki baxımdan yararsız silahların alveri, həmçinin çirkli pulların yuyulması barəsində cinayət işi açılıb. Sabiq Müdafiə naziri ittihamları qəbul etmir. 

Ermənistanda həbslər davam edir: "Tonoyan işi"nə görə 2 zabit tutuldu