Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı - Foto

Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı - Foto

Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı - Foto

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Polemika.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. 

Nofəl Əfəndiyev Qarabağ qazisi idi.

Mərhumun sabah doğulduğu Qazax rayonunda dəfn ediləcəyi bildirilir.

Allah rəhmət eləsin.

/Modern.az

Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı - Foto