"Üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalanmasına çox qalmayıb" - Deputat

"Üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalanmasına çox qalmayıb"

"Üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalanmasına çox qalmayıb" - Deputat

“Qarabağa dönüş” təşkilatının rəhbəri, Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev Zəfər Günü münasibəti ilə keçmiş məcburi köçkünlərin məktəbli övladlarına müraciət eidib.

Polemika.az xəbər verir ki, müraciətdə qarşıdan gələn möhtəşəm Zəfər Günü münasibəti ilə şagirdləri təbrik edən T.Gəncəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun keçmiş məcburi köçkünlərin 30 illik vətən həsrətinə son qoyduğunu bildirib. Qeyd edib ki, indi bizim üçrəngli bayrağımız Qarabağın ən yüksək zirvələrində dalğalanır.

Tural Gəncəliyev əminliklə bəyan edib ki, Azərbaycanın üçrəngli bayrağının Xankəndi şəhərinin mərkəzində dalğalanmasına çox qalmayıb.

Deputat şagirdlərə ərazibütövlüyü bərpa olunmuş Azərbaycanımızın inkişafı naminə savadlı olmağı, onlara harada yaşamalarından asılı olmayaraq dogma vətənləri üçün çalışmağı tövsiyyə edib. “Bunun üçün siz savadlı olmalı, tariximizi dərindən öyrənməli, sağlam mənəviyyatla böyüməlisiniz”-deyə Tural Gəncəliyev bildirib. 

"Üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalanmasına çox qalmayıb" - Deputat