Qaragöldə nə baş verir? - “Nikol anlayır ki, Putinə qarşı çıxa bilməyəcək

Qaragöldə nə baş verir?

Qaragöldə nə baş verir? - “Nikol anlayır ki, Putinə qarşı çıxa bilməyəcək

"Qaragöl istiqamətində sərhədi pozan 60 erməni hərbçisi mühasirəyə alınıb, bu gün səhər saatlarında Rusiya tərəfinin xahişindən sonra geri qayıtmalarına şərait yaradılıb. Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, bu hallar təkrarlanacaqsa, daha sərt addımlar atılacaq".

Polemika.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bu təxribat İrəvanın sərhəd planını da aydınlaşdırır:

"1. Yeni mövqelər əldə etmək;

2. Sərhədin delimitasiyası məsələsində əlini gücləndirmək;

Paşinyan Moskvanın bu həftə nəzərdə tutulan üçtərəfli görüşündən imtina etdi: səbəb açıqlanmasa da, böyük ehtimalla masada sərhədin delimitasiya-demarkasiya prosesinin başlanması ilə bağlı razılıq tələbinin olmasıdır".

Asif Nərimanlının fikirincə, Nikol anlayır ki, Putinə qarşı çıxa bilməyəcək və Moskvanın qurduğu masaya gələcək:

"Görüşə razılaşmamışdan öncə Qaragöl istiqamətində yeni mövqelər əldə etmək, Azərbaycan mövqelərini mühasirəyə almaq və masaya güclü əyləşmək istəyir. Və buna nail olsaydılar, Bakıya “orduları qarşılıqlı olaraq geri çəkək” tələbini irəli sürəcəkdilər.

Lakin erməni hərbçiləri “ova gedərkən, ovlanıblar"".

Qaragöldə nə baş verir? - “Nikol anlayır ki, Putinə qarşı çıxa bilməyəcək