Baş nazirdən bu şəxlərin maaşı ilə bağlı QƏRAR

Baş nazirdən bu şəxlərin maaşı ilə bağlı

Baş nazirdən bu şəxlərin maaşı ilə bağlı QƏRAR

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları təsdiq edilib.

Polemika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının işçilərinin, Vergi Xidmətinin strukturuna daxil olan qurumların, yerli bölmələrin işçilərinin, həmçinin Xidmətin Tədris Mərkəzinin işçilərinin, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilib.

Həmçinin, Maliyyə Nazirliyinə vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Bu qərar 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.

Baş nazirdən bu şəxlərin maaşı ilə bağlı QƏRAR