“Erməni də olsa, ağ bayraq qaldıran düşməni güllələmək...” – Deputat

“Erməni də olsa, ağ bayraq qaldıran düşməni güllələmək...”

“Erməni də olsa, ağ bayraq qaldıran düşməni güllələmək...” – Deputat

Qeyri-rəsmi məlumatlara görə noyabrın 16-da sərhəddə baş verən toqqşumalar zamanı bir neçə erməni hərbçisi əsir düşüb. Sosial mediada əsirlərin foto və videoları yayılıb. Erməni hərbiçilərinin əsir götrülməsi cəmiyyətin müəyyən təbəqəsində qəzəblə qarşılanıb. Əsirlərin yerindəcə güllələnməsi tələbi səslənib.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin 16 noyabr avantürası 27 sentyabr avantürasının aqibətini yaşayıb:

“Onlar irimiqysalı hərbi əməliyyatlara başladı və biabrçı şəkildə məğlub oldular. Azərbaycan tərəfi 7 nəfər itki verib. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ancaq Ermənistan itkiləri olduqca çoxdur. Onlar hər zaman sayı azaldır. Ermənistan Müdafiə Nazirliyinin hesabatında qeyd edilir ki, 1 nəfər ölüb, 13 nəfər əsir düşüb, 24 nəfərin taleyi naməlumdur. Naməlumdursa, deməli, döyüşlərdə öldürülüblər. 

Əsir məsələsinə bu gün sosial şəbəkələrdə bu məsələ ilə bağlı müxtəlif yanaşmalar var. İnsanları anlamaq olar, itkilərimiz var və bu dönəmdə insan öz emosiyasına hakim ola bilmir. Onların hətta bir çox halda sərt davranış tələb etməsi, əsir düşmüş ermənilərin güllələnməsi istəyi həmin emossional vəziyyətdən irəli gəlir”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan humanist dövlətdir:

“Sual verirəm: “Məgər biz erməniyə oxşamalıyıq?” Erməni vandaldır, barbardır, hər şeyi məhv edir, Xocalı soyqırımına imza atıb, amma biz belə bir soyqrıma imza ata bilərikmi? Təbii ki, yox. Biz cəbhədə qələbəyə imza atırıq, döyüş meydanında mərdliyimizi göstəririk. Amma ermənilər qadın arxasında gizlənib, nakişi davranış ortaya qoyurlar. 

Erməni əsirlərə beynəlxalq hüquqdan çıxış edərək sərt davranış tətbiq edə bilmərik. Onlar ağ bayrağı qaldırıblarsa, Azərbaycan əsgəri beynəlxalq hüququn qaydalarına adekvat addım atır, onları güllələmir. Ağ bayraq qaldıran düşməni güllələmək olmaz”.

Ayzel

“Erməni də olsa, ağ bayraq qaldıran düşməni güllələmək...” – Deputat