Çingiz Abdullayev bir statusla gülüş hədəfi oldu

Çingiz Abdullayev bir statusla gülüş hədəfi oldu

Çingiz Abdullayev bir statusla gülüş hədəfi oldu

Xalq yazıçısı Çingiz Abdullayevin ötən gün sosial şəbəkə yazdığı status müzakirələrə səbəb olub.

Polemika.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi İstanbul Hava Limanında başına gələn hadisə barəsində yazıb:

“Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi.

O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

Çingiz Abdullayev bir statusla gülüş hədəfi oldu