İlhamə Quliyeva Roza Zərgərliyə necə badalaq vurub? - Etiraf

İlhamə Quliyeva Roza Zərgərliyə necə badalaq vurub? - Etiraf

İlhamə Quliyeva Roza Zərgərliyə necə badalaq vurub? - Etiraf

Aktyor Sərxan Kərəmoğlu vaxtilə Xalq artisti İlahmə Quliyevanın sifarişi ilə müğənni Roza Zərgərlini çəkdiyi filmdən uzaqlaşdırdığını etiraf edib.

Polemika.az xəbər verir ki, bu barədə R.Zərgərli “Tam vaxtıdır” proqramında danışıb:

“2005-ci ildə çəkilən "Adam ol" filmində çəkilirdim. Filmdə Sərxan Kərəmoğlunun sevgilisi və falçı obrazını oynamalı idim. Biletlərimizi aldı və çəkilişə getdik. On gün xaricdə qaldıq. Amma film çıxanda çəıkildiyim epizodların çoxu filmdən çıxarılmışdı. Həm də təyyarə səhnələri yenidən çəkilə bilmədiyi üçün. Zəng etdim ki, niyə həmin epizodları filmdən çıxardın, o filmə görə 4 restorandakı işimdən uzaqlaşdırıldım. Dedi ki, gəncsən, hələ çox yerdən çıxarılacaqsan. Oturub ağladım. Əslində, çəkildiyim epizodlar İlhamə Quliyevanın göstərişi ilə filmdən çıxarılmışdı”.

Sərxan Kərəmoğlu hadisəni xatırlayaraq mərhum Xalq artistinin bunu etdirdiyini etiraf edib:

"O qadın hər kəsə qarşı qısqanc idi. Bu, Allahın ona verdiyi böyük bədbəxtlik idi. Məcbur qalıb etdim. Filmə sponsorluq edən şəxsin başı ağrımasın deyə”.

Həmin görüntüləri təqdim edirik:

 

İlhamə Quliyeva Roza Zərgərliyə necə badalaq vurub? - Etiraf