"Hörümçək adam"ın qonorarı açıqlandı

"Hörümçək adam"ın qonorarı açıqlandı

"Hörümçək adam"ın qonorarı açıqlandı

“Hörümçək adam” seriyasının sonuncu filminin nümayişindən sonra müzakirələr səngimək bilmir.

Polemika.az xəbər verir ki, filmlərdə indiyədək baş qəhramanları canlandıran aktyorların qonorarları açıqlanıb.

İndiyədək ən yüksək qonorarı Tobi Maquaer alıb.

O, 2002-ci ildə ekranlara çıxmış ilk “Spider-Man”ə görə 4 milyon, ikincisinə görə 17.5, üçüncüsünə görə isə 15 milyon dollar qazanıb.

2012 və 2014-cü illərdə istehsal olunmuş “Möhtəşəm hörümçək adam” filmlərində baş rolu ifa edən Endryu Qarfild ilk filmdən yarım, ikincisindən isə 2 miyon dollar qonorar əldə edib.

"Hörümçək adam"ın qonorarı açıqlandı