"Akademikin oğlu dərdimdən dəli-divanə idi..." - Şəbnəm Tapdıq

"Akademikin oğlu dərdimdən dəli-divanə idi..." - Şəbnəm Tapdıq

"Akademikin oğlu dərdimdən dəli-divanə idi..." - Şəbnəm Tapdıq

"Hazırda atam haqda oçerklər yazıram. Bir ara xəstələndim, yaza bilmədim. Oçerk yazmaq elə də asan iş deyil, oturub düşünürsən, cümlələr seçirsən. Mən təkcə müğənni deyiləm, formalaşmış şəxsiyyətəm, 5 dil bilirəm".

Polemika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq deyib.

O əlavə edib: "Atam çörək verən kişi idi, mən də eləyəm, əlim açıqdır. O, çox ciddi adam idi. İlyas müəllim həm də Rusiyanın Yazıçılar Birliyinin üzvü idi. Atamın kitabları Rusiyada böyük tirajlarla tərcümə olunub. Atam məni elə tərbiyə edib, elə namuslu qız kimi yetişdirib ki, heç vaxt artıq-əskik hərəkət edə bilmərəm.

Dərslərimi oxumayanda kitabları qarşıma yığıb deyirdi ki, bala, quşa qoşa qanad kimi, insana da savad lazımdır. Savadsız da olmaq olar, amma sən mənim qızımsan.

Bir dəfə xəstə idi, mən boyda qızı yanına çağırıb dedi ki, de görüm Azərbaycan bayrağının rənglərinin mənası nədir? Hamısını saydım, alnımdan öpüb dedi ki, afərin qızıma.

Mənə uşaq kimi baxırdı. Kənardan mənə deyirdilər ki, xəstədirsə, apar qoy qocalar evinə, özünü yorma. Mən isə onun ayaqlarını da yuyurdum. Adam gərək nə qədər vicdansız olsun ki, valideynini qocalar evinə qoysun".

Daha sonra müğənni efirə çıxmamasından danışıb:

"Efirlərə çox çıxmıram, bu saat bütün şəhid analarının gözü yaşlıdır. Ayıbdır, mən özümə günah görürəm onu. Bir ailədən kimsə yas qurur, mən çıxım şən mahnılar ifa edim?! Yolverilməz addımdır".

Sənətçi ailə həyatı qurmamasının səbəbini də açıqlayıb:

"Bacım məndən öncə ailə həyatı qurdu. Onun balalarını o qədər çox istəyirdim ki, ailə həyatı haqda düşünmürdüm. Özüm üçün həm kişiyəm, həm də qadın. Allah məni belə yaradıb. Atam mənə maşına qədər alıb, gözəl evim-eşiyim var. Hər zaman fikirləşmişəm ki, kişi mənə mane ola bilər.

Nişanlım olub, demişdi ki, mahnı oxumayacaqsan, mən də nişanı qaytardım. Həyətimizdə bir akademikin oğlu dərdimdən dəli-divanə idi. Mənə görə ölkədən çıxıb getdi. İndi də məni sevənlər olur, hətta aralarında əcnəbilər də var. Amma heç birini qəbul etmirəm. Çünki hər ərə gedən xoşbəxt olmur. Belə daha rahatam, mane olanım yoxdur", - deyə müğənni bildirib.

"Akademikin oğlu dərdimdən dəli-divanə idi..." - Şəbnəm Tapdıq