Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

Amerika Rusiya vətəndaşlarına viza verməyəcək

ABŞ və Rusiya arasında diplomatik münasibətlərdə artan gərginliyə vizalar da əlavə olundu.

Polemika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti iki gün əvvəl dərc etdiyi bəyanatda Amerikanın Rusiyadakı diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarına bundan sonra viza verməyəcəyini bəyan edib. Amerikaya getmək istəyən Rusiya vətəndaşlarının müraciət ünvanı kimi Polşanın paytaxtı Varşavadakı ABŞ konsulluğunu göstərilib.

Rusiyanın Xarici İşlər sözçüsü Mariya Zaxarova, ABŞ rəhbərliyinin viza kimi sadə formallıqlardan belə istifadə etməkdən çəkinmədiyini və Amerikaya səfər etmək istəyən vətəndaşlara rəsmi olaraq sadist yanaşdığını deyib. Onun sözlərinə görə, ABŞ yanan körpülərə yenisini əlavə edib.

O qeyd edib ki, ABŞ və Rusiya arasında viza böhranı başlamazdan əvvəl Rusiya bir addım atmışdı. O, Rusiya vətəndaşlarının ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində işləməsini qadağan edib. Moskvanın bu qərarından sonra Amerika nümayəndəliklərində çalışan yüzlərlə insan işdən çıxarıldı.

Nəzrin Vahid

Amerika Rusiya vətəndaşlarına viza verməyəcək