Britaniya kəşfiyyatından nadir bəyanat: "Çin casusu..."

Britaniya kəşfiyyatından nadir bəyanat: "Çin casusu..."

Britaniya kəşfiyyatından nadir bəyanat: "Çin casusu..."

MI5 kəşfiyyat xidməti şübhəli bir Çin agentinin Britaniya siyasətinə müdaxilə etmək üçün parlamentə sızdığı barədə nadir xəbərdarlıq edib.

Polemika.az BBC-yə istinadla xəbər verir ki, xəbərdarlığa görə, Kristin Çinq Kui Li Çin Kommunist Partiyasının ilə parlament deputatları aarsında əlaqələr qurub. Daha sonra o, Çin və Honq-Konqdakı əcnəbi vətəndaşların hesabından siyasətçilərə ianələr bağışlayıb.

MI5-in uzunmüddətli araşdırma aparıb. Linin maliyyələşdirdiyi deputatlardan biri 5 il ərzində ondan 420 min funt sterlinqdən çox pul alan İşçi Partiyasının təmsilçisi Barri Qardinerdir, lakin o, ianələr barədə təhlükəsizlik xidmətlərini həmişə məlumatlandırıb.

Liberal Demokratların lideri Ser Ed Deyvi də energetika naziri olarkən 5 min funt sterlinq ianə alıb.

Daxili işlər naziri Priti Patel ÇKP adından bilərəkdən siyasi müdaxilə ilə məşğul olan birinin parlamentariləri hədəf almasından dərin narahat olduğunu söyləyib. Onun sözlərinə görə, Böyük Britaniya xarici müdaxiləni aşkar etmək üçün tədbirlər görüb.

Təhlükəsizlik xidməti bildirib ki, Li ilə əlaqə saxlayan hər kəs onun CKP üzvlüyünü nəzərə almalıdır.

Britaniya kəşfiyyat rəsmilərinin fikrincə, Çin indi onların əsas prioritetinə çevrilib. Burada söhbət gizli şəkildə nüfuz qazanmaqdan, casusluqdan yox, müdaxilədən gedir.

Təhlükəsizlik işçilərinin qorxularından biri də müdaxilə ilə bağlı qanunların olmamasıdır.

Britaniya kəşfiyyatından nadir bəyanat: "Çin casusu..."