ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində pedofiliya qalmaqalı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində pedofiliya qalmaqalı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində pedofiliya qalmaqalı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində pedofiliya qalmaqalı yaşanır.

Polemika.az "Buzzfeed" istinadla xəbər verir ki, son 14 il ərzində CIA-də ən azı 10 işçisinin uşaqlarla bağlı cinsi cinayətlər törətdiyinə dair etibarlı sübutlar toplanıb.

Kəşfiyyat İdarəsinin agenti 2 və 6 yaşlı uşaqla cinsi əlaqədə olub və daha sonra işdən çıxarılıb. Digər bir işçi isə anaları tərəfindən çəkilmiş qız uşaqlarının seksual xarakterli üç videosunu əldə edib, daha sonra istefa verib. Başqa bir işçi isə agentlik fəaliyyəti zamanı uşaqların 1400-ə qədər cinsi istismar görüntülərinə baxıb. Qeydlərdə MKİ-nin ona qarşı hansı tədbir görüldüyü qeyd edilməyib.

Sənədlərdə adı çəkilən 14 nəfər CIA əməkdaşı ilə yanaşı, 1 nəfər FBI xəfiyyəsinin də adı var. Lakin təqsirləndirilən şəxslərdən yalnızca biri cinayətdə ittiham olunub.

Qeyd edək ki, pedofiliya qalmaqalı ABŞ təhlükəsizlik və kəşfiyyat orqanlarındakı ilk dəfə baş vermir. 2009, 2012 və 2014-cü illərdə də CIA və FBI xəfiyyələrinin adı uşaq pornosu və pedofiliya qalmaqallarında hallanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində pedofiliya qalmaqalı