Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq?

Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq?

Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq?

“Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında bəyannamə layihəsinin Belarus parlamentinə təqdim edildiyi barədə məlumat var. Belarus hər iki ölkənin müstəqilliyini tanıya bilər”.

Polemika.az xəbər verir ki, bu barədə qondarma Abxaziya Respublikasının "fəxri konsulu" Adik Arşba öz Telegram kanalında yazıb.

Onun fikrincə, bu, “kifayət qədər məntiqlidir”, lakin prosedur bir qədər gec başlayıb.

Xatırladaq ki, bundan əvvəl Belarusun xarici işlər naziri Vladimir Makey ölkəsinin Krımı Rusiya ərazisi hesab edir.

Belarus prezidenti Aleksandr Lukaşenko da eyni bəyanatı verib

Xatırladaq ki, Abxaziya və Cənubi Osetiya beynəlxalq aləmdə Gürcüstanın, Krım isə Ukraynanın tərkib hissəsi kimi qəbul edilib. Azərbaycan da bu əraziləri müvafiq dövlətlərin suveren əraziləri kimi tanıyır.

Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq?