BMW ilə “avtoşluq” edən sürücü saxlanıldı - Video

BMW ilə “avtoşluq” edən sürücü saxlanıldı

BMW ilə “avtoşluq” edən sürücü saxlanıldı - Video

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Bu barədə Polemika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Nicat Mehtiyev idarə etdiyi BMW markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BMW ilə “avtoşluq” edən sürücü saxlanıldı - Video