“Ajotiaj yaratmağa ehtiyac yoxdur, görsək ki, yoluxma sürətlə artır…” – Məktəblər haqda açıqlama 

“Ajotiaj yaratmağa ehtiyac yoxdur, görsək ki, yoluxma sürətlə artır…” –

“Ajotiaj yaratmağa ehtiyac yoxdur, görsək ki, yoluxma sürətlə artır…” – Məktəblər haqda açıqlama 

“Hazırda yoluxma artsa da, vəziyyət o dərəcə ağır deyil ki, biz tam distant təhsilə keçək”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Ceyhun Məmmədov deyib. Son günlər məktəblərin yenidən bağlanacağı ehtimalı haqda səslənən fikirlərə münasibət bildirən deputatın sözlərinə görə, məktəblər, universitetlər açılandan, məhdudiyyət qoyulmuş sahələr fəaliyyətə başlayandan sonra əhali bir-biri ilə sıx təmasda oldu:

“Bu da yoluxma sayında artımlara səbəb oldu. Ümumiyyətlə, hansısa bir qərarı qəbul etməmişdən öncə ümumi vəziyyət təhlil olunmalıdır. Yəni ki, nə qədər virusa yoluxma var, nə qədər yoxdur. Bunu biz ciddi şəkildə araşdırmalıyıq.

Hazırda yoluxma artsa da hələ vəziyyət o dərəcə də deyil ki, biz tam distant təhsilə keçək. Bu qərarı qəbul etmək üçün bir az gözləmək məsləhətlidir. Nəzərə almalıyıq ki, distant təhsil heç zaman ənənəvi təhsili əvəz etmir. Buna keçid o qədər asan deyil. Bizim ötən bir ildəki təcrübəmiz bunu göstərdi”.

Deputatın sözlərinə görə, ajotiaj yaratmağa ehtiyac yoxdur: “Təhsil Nazirliyinin də mövqeyi var. İnsanların narahatçılığını anlamağa çalşıram. Lakin çox ajotiaj yaratmağa ehtiyac yoxdur. Görsək ki, yoluxma həddindən artıq sürətlə artır, o zaman vəziyyətə uyğun qərar qəbul ediləcək.

Hamı çalışmalıdır ki, maksimal dərəcədə ehtiyatlı olsun. Yoluxmanın artmasının səbəblərindən biri də insanlarımızın qaydalara əməl etməməsidir. İctimai nəqliyyatlarda maskasız insanları görürük. Bu amillər də öz təsirini göstərir. Ona görə də ajotiaj yaratmağa ehtiyac yoxdur. Lakin hər kəs ehtiyatını tutmalıdır. Bir müddət təmkin və səbr ilə gözləmək lazımdır. Ondan sonra ona uyğun qərar qəbul ediləcək”.

Nəzrin Vahid  

“Ajotiaj yaratmağa ehtiyac yoxdur, görsək ki, yoluxma sürətlə artır…” – Məktəblər haqda açıqlama