Blinken: "Putinin özü sanksiya siyahısına düşəcək"
Blinken: "Putinin özü sanksiya siyahısına düşəcək"
"İndi sanksiyalarla bağlı bütün variantlar, o cümlədən Vladimir Putinin şəxsən özünə qarşı sanksiyalarda nəzərdən keçirilir".
Polemika.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
"Rusiyaya qarşı sanksiyalarla bağlı məsələdə biz "va-banka" getməyə hazırıq. Onlar Putinin ən çox maraqlandığı məsələləri, o cümlədən müdafiə və yüksək texnologiya sektorlarını əhatə edəcək", - deyə Blinken qeyd edib.