Bayramqabağı qiymətlər yenə “ceyran belinə” çıxdı - Fotolar

Bayramqabağı qiymətlər yenə “ceyran belinə” çıxdı - Fotolar

Bayramqabağı qiymətlər yenə “ceyran belinə” çıxdı - Fotolar

Azərbaycanda Novruz Bayramının gəlişi alış-verişin artdığı bazarlarda hiss olunur. Hər kəs müxtəlif şiniyyatlar bişirmək, süfrəsini bəzəmək üçün bazarlara üz tutur. Maraqlıdır, bayram şirniyyatlarının hazırlanması, bayram süfrəsinin bəzənməsi üçün insanların nə qədər xərci çıxır, bazarlarda qiymətlər necədir?

Polemika.az-ın əməkdaşı bayram bazarlığı ilə əlaqədar Bakıda yerləşən Keşlə bazarına baş çəkib. Satıcılar deyir ki, bayramla əlaqədar tələbat artsa da, qiymətlərdə artım o qədər də hiss olunmur.

Lakin bazarda meyvələrin qiymətinin baha olması diqqətimizi çəkdi. 

Keşlə bazarında mandarin və portağalın qiyməti 3 manatdır. Əvvəllər isə bu meyvələri 1,50-2 manata almaq mümkün idi. Almanın kilosu 2 manat, armud isə 3,50 qəpikdir.

Tərəvəz məhsullarında da qiymət demək olar ki, eynidir. Kartofun 1 kiloqramı 1,50 qəpik olub. Soğanın 1 kiloqramı 1 manat, xiyarın 1 kiloqramı 4 manatdır. Pomidor 4-5 manat arası dəyişir. 

El arasında “Cherry” adlandırdığımız pomidoru da 10 manata ala bilərsiniz.

Çuğundur-80 qəpik, yer kökü-70 qəpik, kahı-50 qəpikdir. Göyərtilər 20 qəpik-1,50 arası dəyişir.

Keşlə bazarında ətin qiyməti isə aşağıdakı kimidir: 

Dana əti-11 manat

Quzu əti-14 manat

Qoyun əti-8 manat

Toyuq-4.30 manat

Gələk bayram süfrəsinin əsas nemətləri olan quru meyvələrə. Keşlə bazarında qozun kiloqramı 9 manat, fındıq isə 7 manatdır.

Qoz (qabıqlı)-9 manat

Ləpə-10 manat

Fındıq (qabıqlı)-7 manat

Ləpə- 10 manat

Şabalıd-12 manat

Kişmiş və digər quru meyvələr isə 5 manatdan başlayır, 15 manata qədər artır.

Bayram süfrəsinə gözəllik qatan səmənilərin qiyməti 4 manatdan başlayır. 50 manata da səməni ala bilərsiniz, 10 manata da, 4 manata da... Bu sizin şəxsi seçiminizdən asılıdır.  

Mehri QURBAN

Foto: Cavad Salmanlı

Bayramqabağı qiymətlər yenə “ceyran belinə” çıxdı - Fotolar